“Argentina Mərkəzi Bankı” (AMB) ölkədə inflyasiyanın artması ilə uçot dərəcələrini qaldırıb.

İndex.az xəbər verir ki, AMB-nin İdarə Heyəti, illik inflyasiyanın son 30 ildə ilk dəfə 100%-ə çatmasından sonra uçot dərəcəsini 300 baza bəndi artıraraq 75%-dən 78%-ə yüksəldib.

Qeyd edək ki, fevralda 12 aylıq inflyasiya 102,5%-ə yüksələrək 1991-ci ildəki hiperinflyasiya dövründən bəri ilk dəfə bu səviyyəyə qalxıb.

Argentinada qiymətlər də 1 ayda 6,6% artaraq gözləntiləri üstələyib.