2021-ci ildə Dövlət Neft Fondu (ARDNF) 513,091 milyon manat dividend gəlirləri əldə edib.

İndex.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 50,5% çoxdur.

Xatırladaq ki, ARDNF 2021-ci ili 1 milyard 556,203 milyon manat xalis mənfəətlə başa vurub.