"Real Madrid" oyunçuları yeni avtomobillərini "Atletico Madrid" ilə matçdan əvvəl əldə ediblər.

İndex.az xəbər verir ki, klubun sponsorlarından olan BMW şirkəti məşqçi Karlo Ançelottiyə və futbolçulara avtomobil hədiyyə edib.

Arda Gülər ​​və komanda yoldaşları öz vasitələrini seçib və hər birinin qiyməti açıqlanıb.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti BMW-nin i5 modelini seçib. İtalyan məşqçinin avtomobilinin qiyməti 114 min 450 avrodur.

Los Blankosun ingilis yarımmüdafiəçisi Jude Bellingham XM modelini seçib. Sözügedən avtomobilin dəyəri 179 min 900 avrodur.

Brahim Diaz isə İ7-yə üstünlük verib. Avtomobilin dəyəri 139 min 550 avrodur.

Kilian Mbappe möhtəşəm plug-in hibrid yolsuzluq avtomobili BMW XM-i seçib. Avtomobilin qiyməti 179 min 900 avrodur.

"Real Madrid"in məşhur ulduzu Vinisius Jr. öz sinfinin ən yaxşı versiyası olan M70 xDrive-BMW i7-ni seçdi. Bu avtomobilin dəyəri 186 min 650 avrodur.

"Real Madrid"in alman müdafiəçisi Antonio Rüdiger BMW iX2 xDrive30-a üstünlük verib. Onun yeni maşını komanda yoldaşları ilə müqayisədə daha təvazökardır və 58 min 550 dəyərindədir.

Los Blancos'un cinah oyunçusu Rodrygo XM seriyasına üstünlük verib. Avtomobilin dəyəri 179 min 900 avrodur.

Türkiyəli ulduz Arda Gülər isə ​​BMW i7 xDrive 60-ı seçib. Milli Komandanın ulduzunun seçdiyi vasitə 139 min 550 dəyərindədir. Sözügedən avtomobilin Türkiyədə 10 milyona satıldığı öyrənilib.

"Real Madrid"də digər futbolçuların seçimləri isə belə olub:

Luka Modric - BMW XM

Aurelien Tchouameni - BMW iX2 xDrive30

Ferland Mendy - BMW iX2 xDrive30

Endrick - BMW iX xDrive50

Vallejo - BMW i5 xDrive40

Eduardo Camavimga -

 BMW i5 M60 xDrive

Fede Valverde - BMW i5 M60 xDrive

Andrii Lunin - BMW i5 M60 xDrive

Eder Militao - BMW i7 xDrive 60

Lucas Vazquez - BMW i7 M70 xDrive

Dani Carvajal - BMW XM

Thibaut Courtois - BMW XM

Dani Ceballos - BMW XM

David Alaba - BMW XM

Fran Garcia - BMW XM