Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ilin birinci yarısında xalis mənfəəti azalıb

İndex.az xəbər verir ki, “Saudi Aramco”nun ilin birinci yarısında xalis mənfəəti neft qiymətlərinin aşağı olması səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,5% azalıb.

"Saudi Aramco"nun açıqladığı maliyyə balansına görə, "Aramco"nun yanvar-iyun dövründə xalis mənfəəti 61,9 milyard dollara qədər azalıb.

Şirkət ötən ilin eyni dövründə 87,9 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlamışdı.