"Applied Materials" çip istehsalı üçün böyükhəcimli sərmayə qoymağa hazırlaşır.

İndex.az xəbər verir ki, çip istehsalı üçün avadanlıq, xidmətlər və proqram təmin edən "Applied Materials", yarımkeçirici innovasiyaları sürətləndirmək üçün Silikon Vadisində Ar-Ge mərkəzi yaratmaq üçün 4 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Şirkətdən verilən açıqlamada, sözügedən mərkəzdə qlobal yarımkeçirici və hesablama sənayesinin ehtiyac duyduğu əsas texnologiyaların inkişafının və kommersiyalaşdırılmasının sürətləndirilməsinin planlaşdırıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, yeni mərkəzin sənayenin texnologiyanı konsepsiyadan kommersiyalaşdırılmasına gətirməsi üçün lazım olan vaxtı bir neçə il qısaltması, eyni zamanda yeni innovasiyaların kommersiya uğur dərəcəsini və bütün yarımkeçirici ekosistem üçün Ar-Ge investisiyalarının gəlirliliyini artırması gözlənilir.