"Apple" aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, maliyyə təqviminin üçüncü rübü kimi qiymətləndirilən aprel-iyun dövründə "Apple"in gəliri  5% artaraq 85,8 milyard dollara çatıb.

"Apple" ötən ilin eyni dövründə təxminən 81,8 milyard dollar gəlir əldə edib.

"Apple"ın bu dövrdəki gəliri üçün bazar gözləntiləri 84,5 milyard dollar idi.

Şirkətin xalis mənfəəti eyni dövrdə 7,9% artaraq 21,4 milyard dollara çatıb.

Şirkət ötən ilin aprel-iyun dövründə 19,9 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb.

Şirkətin səhm üzrə mənfəəti bu müddət ərzində 1,26 dollardan 1,40 dollara yüksəlib.

Bazarın gözləntiləri "Apple"in səhm başına qazancının 1,35 dollar olacağı idi.

Bu dövrdə "Apple"in "iPhone" satışlarında azalma, "Mac" və "iPad" satışlarında isə artım müşahidə olunub.

Aprel-iyun dövründə "iPhone" satışlarının məbləği illik 0,9% azalaraq 39,3 milyard dollar olub.

Bu azalmaya baxmayaraq, "iPhone" satışlarından əldə olunan gəlir bazarın gözləntilərindən yüksək olub.

Eyni dövrdə "iPad" satışları 23,7% artaraq 7,2 milyard dollara, "Mac" satışları isə 2,5% artaraq 7 milyard dollara çatıb.