İstifadəçilər tərəfindən qatlana bilən "iPhone" gözlənilsə də, "Apple" fərqli bir sahəyə doğru addım atıb.

İndex.az xəbər verir ki, "Apple"in son patenti yuvarlana bilən ekrana sahib "iPhone"in inkişafına işarə edib.

Belə ki,“Apple” şirkəti yuvarlanan və ya sürüşə bilən ekranı olan cihaz üçün patent verib.

Müvafiq patent, "iPhone", "iPad", televizorlar, masa üstü displeylər və avtomobil panelləri kimi gələcək məhsulların bu yeniliyə malik ola biləcəyini göstərir.