"Apple" Fransada "iPhone 12" qadağası ilə bağlı da ətraflı açıqlama yayıb.

İndex.az xəbər verir ki, "Apple", "iOS 17.1" yeniləməsi ilə "iPhone 12"nin radiasiya səviyyəsinin azalacağını bildirib.

Aşkarlama funksiyası yalnız Fransada satılan "iPhone 12"lərdə söndürüləcək.

Fransanın tənzimləyici orqanı "iPhone"un xarici mühiti hissetmə mexanizmini nəzərə almayan sınaq protokolundan istifadə edib.

"Apple" bildirir ki, onlar, tələblərə uyğun olması üçün bu mexanizimi geniş şəkildə sınaqdan keçirib və beynəlxalq səviyyədə sertifikatlaşdırıblar.