"Apple" "Chromebook"larla rəqabət aparmaq üçün gələn il ucuz "MacBook" buraxacaq.

İndex.az xəbər verir ki, 2024-cü ilin ikinci yarısında satışa çıxarılacaq bu cihazların, "MacBook Air" və "Pro"dan bəzi əsas fərqlərinin olacağı, yeni cihazlarda "Apple"in yenidən metal korpuslardan istifadə edəcəyi, lakin bu dəfə istehsalda fərqli materialların işlədiləcəyi bildirilib.

Bundan əlavə, şirkət xərcləri azaltmaq üçün bəzi hissələri daha əlverişli variantlarla əvəz edə bilər.

Belə ki, "Apple" təhsil üçün nəzərdə tutulmuş "MacBook" modelində M1 çipindən istifadə edə bilər. Bu isə onun daha sərfəli qiymətə satılmasına kömək edəcək.