Taylandda “Apple Watch” istehsalından sonra “Apple MacBook"ların istehsalı üçün təchizatçılarla danışıqlar aparır.

İndex.az xəbər verir ki, "Nikkei" qəzetinin yaydığı məlumata görə, "Apple" müxtəlif ölkələrdə istehsalını artırmaq siyasəti çərçivəsində Taylandda "MacBook" istehsal etmək üçün təchizatçılarla danışıqlar aparır.

Məlumata görə, "Apple" ilə danışıqlar aparan təchizatçılar artıq Taylandda digər müştərilər üçün istehsal müəssisələri olan şirkətlərdir.

"Macbook" komponentlərinin və modullarının istehsalı, eləcə də onların yığılması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, "Apple" bir ildən çoxdur ki, Taylandda "Apple Watch" istehsal edir.