"Apple"ın məhsuldar süni intellekt sahəsindəki mövqeyi qeyri-müəyyən olaraq qalır.

İndex.az xəbər verir ki, yayılan məlumatlara görə, "Apple" süni intellektdə rəqiblərindən geri qalır və bunun gələn il də davam edəcəyi gözlənilir.

"ChatGPT" bu günlərdə süni intellektlə bağlı müzakirələrin əsasını təşkil edir və "OpenAI" daim öz dil modelini daha da təkmilləşdirmək üçün çalışır.

Oxşar hərəkətlər "Microsoft", "Google" və "Meta" tərəfində də edilir.

"Apple" isə məhsuldar süni intellekt texnologiyasının inkişafında rəqiblərindən xeyli geri qalır.