"İndi al sonra ödə" lahiyələri texnoloji şirkətlərin yeni investisiya sahəsinə çevrilib.

İndex.az xəbər verir ki, texnologiya nəhəngi "Apple", "Apple Pay Later" ödəmə xidmətini ABŞ-da istifadəyə verdiyini açıqlayıb.

Xidmət istifadəçilərinə alış-verişlərini 4 mərhələli şəklidə, sıfır faizlə və əlavə komissiyasız ödəmə imkanı təqdim edir.

"Apple Pay"in vitse-prezidenti Cenifer Beili açıqlamasında bildirib ki, "Apple Pay Later" istifadəçilərin maliyyə sağlamlığı nəzərə alınaraq hazırlandığından heç bir əlavə ödəniş və faiz tələb olunmur.