İtaliyada "Apple"a qarşı bazarda hökmranlıqdan sui-istifadə iddiası ilə istintaq açılıb.

İndex.az xəbər verir ki, "İtaliya Rəqabət Təşkilatı" (AGCM) "Apple"in bazardakı hökmranlığından sui-istifadə edib-etməməsi ilə bağlı araşdırmaya başlayıb.

AGCM tərəfindən edilən açıqlamada bildirilib ki, ABŞ şirkətinin tətbiq bazarındakı hakim mövqeyindən sui-istifadə edib-etməməsi ilə bağlı araşdırmaya başlanılıb.

"Apple"in 2021-ci ilin aprelindən etibarən proqram tərtibatçılarına daha ​​məhdudlaşdırıcı məxfilik siyasəti tətbiq etdiyini xatırladaraq, bunun üçüncü tərəf proqram tərtibatçılarına mənfi təsir etdiyi qeyd edilib.

Avropa İttifaqında (Aİ) bazar hökmranlığından sui-istifadə etməkdə təqsirli bilinən şirkətlər illik dövriyyəsinin 10%-i qədər cərimələnə bilər.