"Apple"ın "ChatGPT" və buna bənzər texnologiyalara daxili qadağa qoyduğuna dair sənədlər ortaya çıxıb.
İndex.az xəbər verir ki, "Apple"nin "ChatGPT"yə qadağa qoymağının səbəbi mart ayında "ChatGPT"nin böyük bir səhv etməsi olub.
Belə ki, istifadəçilərinə söhbət tarixçələrinə baxmağa icazə verən "ChatGPT" istifadəçilərin söhbət tarixçəsini söndürmək və AI modelinin təliminə töhfə verməmək üçün seçimlər əlavə etdi.
"Apple"ın yeni süni intellekt layihəsinə 2018-ci ildə "Google"dan gələn Con Giannandrea rəhbərlik edir.
Məlumdur ki, "Apple" "Siri"yə təbii danışıq qabiliyyəti verəcək "Bobcat" kod adlı yeni texnologiyanı sınaqdan keçirir.
