"Samsung" şirkəti "All-In-One Pro" adlı yeni kompüterini təqdim edib.
İndex.az xəbər verir ki, "Apple iMac"ə bənzər masaüstü kompüter aprelin 22-də satışa çıxarılacaq.
"All-In-One Pro" ultra nazik dizaynlı metal çərçivəyə malikdir.
"Microsoft Copilot AI" düyməsi ilə tam ölçülü simsiz klaviatura və metal materiallı siçan kompüterdə fərqlilik yaradıb.
O, 27 düymlük 4K ekrana malikdir ki, bu da keçən ilki modeldən 13% böyükdür.
Kompüterdə "Intel Core Ultra" prosessoru var (model nömrəsi göstərilməyib).
Əvvəlki modeldə 13-cü nəsil "Intel Core i5" prosessoru var idi.
"All-In-One Pro" 16 GB RAM və 256 GB yaddaşla təmin olunub.
"Samsung"un RAM və SSD təkmilləşdirmələrinə icazə verib-vermədiyi məlum deyil.
Artıq Cənubi Koreyada satışa çıxarılan "Samsung All-In-One Pro" kompüterinin qiyməti 1470 dollardır.
