ABŞ-ın texnologiya nəhənglərindən olan "Apple"ın gəliri aprel-iyun dövründə illik bazda 1% azalıb.

İndex.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, üçüncü rüb olaraq qəbul edilən və iyulun 1-də başa çatan rüblük büdcə hesabatında "Apple"ın gəliri keçən ilin eyni dövrünə görə, 1% azalaraq 81,8 milyard dollar olub.

Ötən ilin eyni dövründə şirkətin gəliri təxminən 83 milyard dollar olmuşdu.

Ötən ilin eyni dövründə 19,4 milyard dollar olan “Apple”ın xalis mənfəəti 2,5% artaraq 19,9 milyard dollar olub.

Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.