“Google” “Safari” vasitəsilə edilən axtarışlarda qeydə alınan gəlirin 36%-ni “Apple”a köçürüb.

İndex.az xəbər verir ki, “Çikaqo Universiteti”nin professoru Kevin Merfi Vaşinqtonda Ədliyyə Departamentinin antiinhisar işində “Google”un müdafiəsi üçün verdiyi ifadəsi zamanı sözügedən rəqəmi açıqlayıb.

Lakin həm “Google”, həm də “Apple” razılaşmalarının təfərrüatlarının ictimaiyyətə açıqlanmasına etiraz ediblər.

Keçən həftə məhkəməyə verdiyi müraciətdə “Google” iddia etdi ki, sövdələşmə haqqında əlavə məlumatların açıqlanması "Google”un həm rəqibləri, həm də digər tərəf müqabilləri qarşısında rəqabət mövqeyini əsassız olaraq zəiflədəcək.

Şirkətlər arasında 2002-ci ildən bəri razılaşma var.