"Apple" yanvar-mart ayları üçün büdcə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhənglərindən olan "Apple"ın yanvar-mart aylarında əldə etdiyi gəlir illik 3% azalaraq 94,8 milyard dollara düşsə də, bazar gözləntilərini üstələyib.

Şirkət ötən ilin yanvar-mart aylarında 97,3 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin bazar gözləntiləri gəlirin bu dövrdə 92,9 milyard dollar olacağı idi.

Ötən ilin eyni dövrü ilə müqayisədə "Apple"ın xalis mənfəəti 3,4% azalaraq 24,2 milyard dollar olub.

Şirkətin səhm üzrə mənfəəti bu müddət ərzində dəyişməyərək 1,52 dollar səviyyəsində qalıb.