"Apple" gələn ay yeni "iPhone 15" modellərini təqdim etməyə hazırlaşır, lakin digər məhsullar da təqdim olunacaq.

İndex.az xəbər verir ki, yayılan məlumata görə, şirkət bu il "iPad Mini 7" modelini təqdim edə bilər.

Digər tərəfdən, 11-ci nəsil "iPad"də olduğu kimi, növbəti "iPad mini"də ən çox ehtimal olunan xüsusiyyət çip yeniləməsi ola bilər.

"IPad mini" hazırda "A15 Bionic" çipi ilə təchiz edilir və bu çipin "A16 Bionic" və ya "A17 Bionic" ilə təkmilləşdirilməsi ehtimalı yüksəkdir.