"Apple" birinci rüb balansından sonra istiqrazlar vasitəsi ilə borc almağa hazırlaşır.
İndex.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumatlara görə, "Apple" ABŞ-ın investisiya səviyyəli korporativ istiqraz bazarında istiqraz buraxaraq borc alacaq.
Yayılan məlumatlara görə istiqrazların müddəti 5 ildən 30 ilə qədər olacaq.
Emissiyadan əldə edilən vəsaitin ümumi korporativ məqsədlər üçün istifadə olunacağı hesab edilir.
Bu, səhmlərin geri alınması, dividend ödənişləri, dövriyyə kapitalı, əsaslı xərclər, satınalmalar və ödənişləri əhatə edə biləcəyi bildirilir.
