"Apple" və "Arm" tərəfdaşlığı getdikcə güclənir.
İndex.az xəbər verir ki, "Apple" çip texnologiyası üçün "Arm" ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
"Arm"ın təqdim etdiyi ilkin kütləvi təklif sənədlərinə əsasən, "Apple", "Arm" ilə imzaladığı yeni müqavilə 2040-cı ilə qədər davam edəcək.
Yeni sazişin avqustun 21-dən sentyabrın 5-dək imzalandığı təxmin edilir.
Nə "Apple", nə də "Arm" müqavilənin əhatə dairəsini açıqlamayıb, lakin görünür, "Apple" "Arm" arxitekturasından daha uzun müddət istifadə edəcək.
