"Apple" Avropa İttifaqının (Aİ) qaydalarına uyğunlaşmağa çalışır.

ABŞ-ın texnologiya nəhəngi "Apple", Aİ qanunlarına uyğunlaşmaq üçün "App Store", "Mesajlar", "Fotoşəkillər", "Kamera" və "Safari" proqramları silməyə icazə verəcək.

Bəyanatda bu yeniləmələrin Rəqəmsal Bazarlar Qanununun (DMA) tələblərinə uyğunluq çərçivəsində həyata keçiriləcəyi və üçüncü tərəf alətlərinin də istifadəyə veriləcəyi bildirilib.

Açıqlamada bildirilib ki, Aİ-dəki istifadəçilər parametrlərdə "iOS" və "iPadOS 18"də hər bir istifadəçiyə təklif olunan “standart tətbiqlər” bölməsini görəcəklər.