Bəzi "Google Pixel 6" istifadəçiləri "Android 15"i yenilədikdən sonra cihazlarının yararsız hala düşdüyünü bildirdi. Xüsusilə "Private Space" funksiyası işə salındıqdan sonra telefon normal istifadə zamanı kifayət qədər şarj olsa belə birdən-birə sönür.

İndex.az xəbər verir ki, yeniləmədən sonra "Pixel 6" cihazlarında bağlanma problemləri ilə üzləşən istifadəçilər, həmçinin güc və səsi azaltma düymələrini basıb saxlamaq və kompüterə qoşulmaq kimi ümumi məlum problemlərin aradan qaldırılması üsullarının işləmədiyini bildirirlər.

"Private Space" yeni bir istifadəçi profili kimi işlədiyi üçün əvvəlcə problemin istifadəçinin profillərində ola biləcəyi düşünülürdü, lakin bu funksiyanı aktivləşdirməsələr də yeniləmədən sonra cihazlarının xarab olduğunu deyən istifadəçilər də var.

"Google"un problemin niyə baş verdiyini izah edərək yeniləməni geri götürməsi gözlənilir. Yeri gəlmişkən, əvvəllər də oxşar problemlər yaşanıb.