Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Fransua Villeroy de Galhau bir sıra açıqlamar verib.
İndex.az xəbər verir ki, de Galhaunun sözlərinə görə, uçot dərəcələri indiki mərhələdə lazımi səviyyədədir.
De Galhau vurğulayıb ki, hazırda AMB-nin pul sərtləşdirməsini davam etdirməsi üçün heç bir səbəb yoxdur və uçot dərəcələri lazım olduğu qədər normada qalmalıdır.
"France Info" radiosuna danışan Villeroy, uçot dərəcələrini bu qədər yüksəltdikdən sonra doğru hədəfə çatdıqlarını bildirib:
"Biz inflyasiyanın 2025-ci ilə qədər 2%-ə düşəcəyini təxmin edirik. Bu enişi dəyişmək üçün heç bir səbəb görmürük".
