Avropa Mərkəzi Bankının may, iyun və iyul aylarında faiz dərəcələrini 25 baza bəndi artırdıqdan sonra tarixinin ən aqressiv monetar sərtləşdirmə dövrünə son qoyacağı gözlənilir.
İndex.az xəbər verir ki, bunu "Bloomberg"in 5-13 aprel tarixlərində keçirilən sorğusuna qatılan iqtisadçılar bildiriblər.
Sorğuda iştirak edən iqtisadçıların fikirlərinə görə, faiz dərəcələrində 3 ay ardıcıl 25 bəndlik artımla siyasət faizi 3,75%-ə çatacaq və il boyu bu səviyyədə qalacaq.
