Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü İzabel Şnabel bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, İzabel Şnabel açıqlamasında bildirib ki, AMB inflyasiyanın 2025-ci ilə qədər 2%-ə endirilməsi üçün çalışdığından, yenidən faiz artımına şahid ola bilərik:
"İnflyasiya gözləntiləri uzun müddət davam edən yüksək inflyasiyadan sonra zəifləyib və yeni proseslər onları sabitliyini pozub, orta müddətli qiymət sabitliyini təhdid edə bilər. Bu isə uçot dərəcələrinin daha da artırılmasına şərait yaradır".
Bazarlar və iqtisadçılar son aylarda inflyasiyanın əhəmiyyətli dərəcədə yavaşlaması ilə depozit faizinin 2024-cü ilə qədər 4% səviyyəsində qalacağını proqnozlaşdırırlar.
Oktyabrda isə bu göstərici 2,9%-ə düşüb.
