Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Martins Kazaks "Avrozona"da inflyasiyanın son 2 ilin ən aşağı səviyyəsinə düşməsindən sonra açıqlamalar verib.
İndex.az xəbər verir ki, Kazaks davamlı inflyasiyaya diqqət çəkərək, zərurət yaranarsa, yenidən faiz artımına müraciət edə biləcəklərini bildirib:
"2024-cü ilin ilk yarısında faiz endirimi mövcud makro görünüşlə uyğun gəlməyəcək, lakin çox yüksək qeyri-müəyyənliklər var. İnflyasiyada kəskin azalma müşahidə etdik, amma hələ də 2%-in üstündədir və inflyasiyanın hələ də bu hədəfin üzərində qalma riski var. Lazım gələrsə, daha çox faiz artımı edə bilərik".
