Slovakiya Mərkəzi Bankının rəhbəri Peter Kazimir yekun faiz artımının tərəfdarı olduğunu bildirib.
İndex.az xəbər verir ki Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Peter Kazimir inflyasiyanın 2%-lik hədəfə qayıtması üçün uçot dərəcələrinin yenidən yüksəlməsinin lazım olduğunu bildirib.
Kazimir e-poçt vasitəsilə etdiyi qiymətləndirmədə, qiymət artımları hələ də çox güclü olmasını əsas gətirərək, gələn həftə faiz artımına ara vermək əvəzinə bu addımın atıla biləcəyini bildirib.
"Sonra problemlə qarşılaşmaqdansa, indi diqqətli və təhlükəsiz olmaq daha yaxşıdır. Avqust inflyasiya rəqəmləri qələbəni elan etmək üçün hələ tez olduğunu göstərdi. İnflyasiya inadkarcasına yüksəkdir və inflyasiya gözləntiləri 2%-lik hədəfin çox üstündədir".
