Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, AMB-nin sədri Kristin Laqard Almaniyanın Hannover şəhərində keçirilən bank konfransındakı çıxışında, əsas inflyasiyanın pik həddinə çatdığına dair dəqiq bir dəlil olmadığını ifadə edərək, faiz artımlarının davam edəcəyinə işarə edib.

Laqard, pandemiyadan sonrakı tədarük zəncirindəki sarsıntılara, Rusiyanın Ukraynada başlatdığı müharibəyə və enerji böhranına diqqət çəkib.

2022-ci ilin əvvəlində inflyasiya artımının sürətləndiyini və 2022-ci ilin iyul ayından faiz artırmağa başladıqlarını xatırladan Laqard, həmin tarixdən etibarən faiz dərəcələrini mənfi 0,50%-dən 3,25%-ə qaldıraraq 375 baz bənd faiz artımı edildiyini xatırladıb.