Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü, Fransa Mərkəzi Bankının prezidenti Fransua Villeroy de Qalhau uçot dərəcəsi ilə bağlı bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Fransua Villeroy de Qalhaunun sözlərinə görə, Avropa Mərkəzi Bankı növbəti üç iclasda uçot dərəcələrini pik həddə çatdıracaq.

Fransa Bankının rəhbəri, bu ay artım sürətini 25 baza bəndinə endirməyin ağıllı və ehtiyatlı olduğunu söylədi.