"İnflyasiya təzyiqləri çox yüksək olduğundan borclanma xərclərinin artması davam etməlidir".
İndex.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Boris Vujcic Sloveniyanın “Delo” qəzetinə müsahibə verərkən bildirib.
AMB üzvü Vuyçiçin sözlərinə görə, AMB-nin uçot dərəcələrini artırmaqdan başqa çarəsi yoxdur:
"İnflyasiya aşağı düşür, lakin baza inflyasiyası dayanmadan yüksəkdir. Biz trend dəyişikliyi olana qədər dərəcələri artırmağa davam etməliyik".
