Avropa Mərkəzi Bankının üzvü faiz artımlarının davam edəcəyi mesajını verib.
İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) üzvü və İspaniya Mərkəzi Bankının prezidenti Pablo Hernandez de Kos Vaşinqtonda "Brookings İnstitutu"nda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, inflyasiya ilə bağlı son proqnozlar reallaşarsa, faiz artımı dövrü davam edəcək.
"Avro Bölgəsi"ndə əsas inflyasiyanın ilin qalan hissəsində yüksək səviyyədə qalacağını ifadə edən De Kos, mart ayındaki baza ssenaresinin davam edəcəyi halda, faiz artımlarının da inflyasiya təzyiqlərinin bitməsi üçün davam edəcəyini bildirib:
"AMB maliyyə sabitliyini qorumaq üçün lazım olan hər şeyi etməyə hazırdır. Faiz artımının sonunun yaxınlaşdığına işarə edən bank rəsmilərinin sayı hər keçən gün artır. Bununla belə, Klas Knot və Boris Vuysic kimi rəsmilər sərtləşdirmənin hələ bitmədiyi qənaətindədirlər".
