Avropa Mərkəzi Bankı (AMB) avqust ayı üçün "İstehlakçı Gözləntiləri Araşdırması"nın nəticələrini açıqlayıb.
İndex.az xəbər verir ki, AMB-nin "İstehlakçı Gözləntiləri Araşdırması"na görə, istehlakçıların gələcək 12 ay üçün inflyasiya gözləntiləri 3,4%-dən 3,5%-ə yüksəlib.
Gələcək 3 il üçün inflyasiya gözləntisi isə 2,4%-dən 2,5%-ə geriləyib.
Bölgədə istehlakçıların iqtisadi artım gözləntiləri ötən ayla müqayisədə bir qədər azalarkən, istehlakçıların gələcək 12 ay üçün iyulda mənfi 0,7% olan iqtisadi artım gözləntiləri avqust ayında mənfi 0,8%-ə enib.
