Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Laqard "Avrozona"da maliyyə nazirlərinə İsrail-Həmas münaqişələrinin inflyasiyaya təsir edib-etməyəcəyini öyrənmək üçün neft qiymətlərinə baxacaqlarını bildirib.

Laqard Lüksemburqda blok rəsmilərinin qapalı iclasında bu mövzuya toxunduğu bildirilir. Lakin AMB sözçüsü məsələ ilə bağlı şərh verməyib.

Münaqişənin alovlanması bazarlarda sönük reaksiya ilə qarşılansa da, bəzi analitiklər gərginliyin artmasının neftin bir barelinin qiymətini 100 dollara çatdıra biləcəyini proqnozlaşdırırlar.