Avropa Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Filip Leyn inflyasiya ilə mübarizənin hələ bitmədiyini bildirib.
İndex.az xəbər verir ki, Filip Leyn, qiymət təzyiqlərinin hələ də 2%-lik hədəfin çox üzərində olduğunu və hələ hədəfə çatmadıqlarını qeyd edib.
Bu prosesin zaman alacağını bildirən Leyn, neft qiymətlərinin indiki aşağı səviyyədə qalmasını gözləmədiklərini, enerjinin çox dəyişkən bir komponent olduğunu və neft qiymətlərinin aylarla izləməyin vacib olduğunu bildirib.
İqtisadçılar, ardıcıl 10 iclasda uçot dərəcələrini artıran AMB-nin depozit faizini 2024-cü ilin ilk yarısına qədər 4% səviyyəsində saxlamasını gözləyir.
