Avropa Mərkəzi Bankı (AMB) yüksək inflyasiya ilə mübarizənin maliyyə sistemindəki zəiflikləri üzə çıxardığını və onları görməməzlikdən gəlmək getdikcə çətinləşdiyini bildirib.

İndex.az xəbər verir ki, AMB Maliyyə Sabitliyinin Qiymətləndirilməsində yüksək faiz dərəcələrinin ev təsərrüfatlarını, özəl sektoru, hökumətləri və daşınmaz əmlak bazarını sınaqdan keçirdiyini bildirib.

Bankın fikrincə, bank sektoru ABŞ və İsveçrədəki son turbulentliyə qarşı olduqca dayanıqlı olsa da, daha yüksək maliyyələşdirmə xərcləri və aşağı aktiv keyfiyyəti bankların gəlirliliyini azalda bilər.