AMB-dən ilk faiz endirimi 2024-cü ilin sonunda ola bilər
Avropa Mərkəzi Bankının (AMB) sabah keçiriləcək iclasında uçot dərəcəsi ilə bağlı veriləcək qərarda makroiqtisadi proqnozların həlledici olacağı gözlənilsə də, ilk faiz endiriminin 2024-cü ilin sonunda baş verəcəyi proqnozlaşdırılır.
İndex.az xəbər verir ki, "Natixis Avropa Makroaraşdırması"nın rəhbəri Dirk Şumaxer verdiyi açıqlmada, AMB-nin oktyabr iclasında faiz artımlarını qəti şəkildə dayandıracağını bildirib.
İnflyasiyanın azaldığı bir vaxtda İsrail-Fələstin münaqişələri və neft qiymətlərindəki artımın inflyasiya üçün yeni yüksəliş riski yaratdığını ifadə edən Şumaxer, digər kiçik göstəricilərdə də risklərin artdığını və bank üçün daha qarışıq mənzərə yaratdığını bildirib.
"Artan qeyri-müəyyənliyi nəzərə alaraq AMB, inflyasiya və artım üçün potensial risklərin olub-olmamasını və necə reallaşacağını təhlil edərək istənilən halda öz siyasət mövqeyinə düzəliş edəcək".
