Avropa Mərkəzi Bankı (AMB) sərtləşdirmə dövrünü başa vurduqdan sonra bu həftə keçiriləcək iclasda ilk dəfə faiz endirimi edə bilər.
İndex.az xəbər verir ki, AMB uçot dərəcələrini 25 baza bəndi azaldaraq "Avrozona"dakı uçot dərəcələri ilə ABŞ-dakı uçot dərəcələri arasında yaranan fərqi daha da genişləndirə bilər.
Prezident Kristin Laqard başda olmaqla AMB rəsmiləri inflyasiyaya səbəb ola biləcək zəif valyuta riski olsa belə, FED-dən rahat ayrıldıqlarını vurğulayırlar.
İyun endirimindən sonra yumşaldıcı addımların davam edib-etməyəcəyi, məlumatlardan asılı olacaq.
