Avropa Mərkəzi Bankı (AMB) banklardan levered kreditlər üçün ilkin planlaşdırıldığından daha az ehtiyat ayırmağı xahiş etməyə hazırlaşır.

İndex.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, daha əvvəl 13 milyard avroluq təminat nəzərdə tutan AMB bu rəqəmi demək olar ki, yarıya endirməyi düşünür.

Mənbələr bu rəqəmin yekun olmadığını və dəyişə biləcəyini qeyd etsə də, iki mənbə bu rəqəmin azaldılması qərarının kreditlərin keyfiyyətinin yaxşılaşmasını da əks etdirdiyini bildirib.

Onlarla bankı əhatə edən araşdırmanın ilk mərhələsində açıqlanan rəqəmlərə banklar reaksiya göstərib.