ABŞ-ın e-ticarət nəhəngi "Amazon" da aprel-iyun dövrü üçün büdcə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, "Amazon"un bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% artaraq 134,4 milyard dollara çatıb.
Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb.
İkinci rübdə "Amazon"un xalis mənfəəti də 6,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərər verdiyini açıqlamışdı.
