"Amazon" iyul-sentyabr dövrü üçün balans hesabatını açıqladı.

İndex.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi "Amazon"un gəliri ilin üçüncü rübündə 13 faiz artıb.

Belə ki, "Amazon"un bu ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 13% artaraq 143,1 milyard dollara çatıb.

Xatırladaq ki, şirkətin xalis satışları 2022-ci ilin üçüncü rübündə 127,1 milyard dollar olub.

Hesabat dövründə "Amazon"un xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard dollar artaraq 2,9 milyard dollardan 9,9 milyard dollara yüksəlib.

Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin üçüncü rübündə 94 sent olaraq hesablanıb.

Şirkət ötən ilin eyni dövründə hər səhmə görə 28 sent mənfəət əldə edib.