"Amazon" süni intellekt şirkəti "Anthropic"ə 4 milyard dollar sərmayə qoyacaq.
İndex.az xəbər verir ki, "Amazon" və "Anthropic" arasında imazalanan müqaviləyə əsasən, "Amazon" əməkdaşları və bulud hesablama müştəriləri "Anthropic" texnologiyasına erkən giriş əldə edəcək və ondan öz bizneslərində istifadə edə biləcəklər.
San-Fransiskoda yerləşən "Anthropic" şirkəti "Amazon"dan alacağı böyük miqdarda fərdi mikroçiplərdə gələcək süni intellekt modellərini sınaqdan keçirəcək.
"Amazon"un bulud bölməsi və "Anthropic"in CEO-ları birgə müsahibələrində nağd şəkildə ediləcək investisiyanın ilk hissəsinin 1,25 milyard dollar həcmində olacağını və hər iki tərəfin əlavə 2,75 milyard dollar təmin etmək səlahiyyətinin olduğunu açıqlayıblar.
