"Amazon"un "Prime Video" xidməti tezliklə reklamlı film və serialların nümayişinə başlayacaq.

İndex.az xəbər verir ki, bundan sonra "Prime" xidmətində videoları reklamsız izləmək üçün əlavə ödəniş etməli olacaqsınız.

Qeyd edək ki, "Amazon" "Prime" abunəliyinin bir hissəsi olaraq filmlər, seriallar və şoular, həmçinin "Amazon Studios" tərəfindən istehsal olunan "Prime Video" xidmətini təklif edir.

İndiyə qədər platformada məzmun reklamsız təklif edilirdi, lakin bu, 2024-cü ildən etibarən dəyişəcək.