Almaniyada sənaye istehsalında ardıcıl dördüncü aydır azalma qeydə alınıb.
İndex.az xəbər verir ki, Almaniyada sənaye istehsalı avqust ayında gözləntiləri üstələyərək 0,2% azalıb.
Beləliklə, sənaye istehsalı indeksi bu il ən aşağı səviyyəyə düşüb.
İqtisadçıların proqnozu azalmanın 0,1% olacağı idi.
Çindən gələn zəif tələb, kadr çatışmazlığı, yüksək uçot dərəcələri və keçən ilki enerji böhranının davam edən təsiri Almaniyadakı fabriklərə ziyan vurub.
