Almaniya Federal Statistika İdarəsi (Destatis) may ayı üçün ölkənin xarici ticarət məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, ölkədə ixracat may ayında ötən aya nəzərən 3,6% azalaraq 131,6 milyard avroya çatıb.
Aprel ayında 1,7%-lik artımın ardından ixracatın may ayında gözləntilərin aşağı olması diqqət çəkib.
Bazar gözləntisi may ayında ixracın 1,9% azalacağı idi.
May ayında idxal 6,6% azalaraq 106,7 milyard avroya düşüb.
