Almaniya Federal Statistika İdarəsi (Destatis) avqust ayı üzrə ölkənin xarici ticarət məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Almaniyanın ixracatı qlobal iqtisadiyyatdakı tənəzzülün təsiri ilə avqust ayında aylıq 1,2% azalaraq 127,9 milyard avroya enib.

İdxal isə avqust ayında 0,4% azalaraq 111,4 milyard avroya düşüb.

Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlərindən təmizlənmiş xarici ticarət profisiti 16,6 milyard avro olub.