IFO, şirkətlərin təchizat çatışmazlığı ilə bağlı "Alman Biznes Sorğu"nun nəticələrini dərc edib.

İndex.az xəbər verir ki, "Alman İqtisadiyyat Tədqiqat İnstitutu"nun dərc etdiyi nəticələrə görə, (IFO) Almaniyanın istehsal sektorunda material çatışmazlığı problemi bu ay azalıb, lakin Almaniyanın hələ də ideal təchizat vəziyyətindən uzaq olduğu bildirilib.

Müvafiq olaraq, mart ayında Almaniyadakı şirkətlərin 41,6%-i müxtəlif problemlər, xüsusilə ara məhsul və xammal tədarükündəki qıtlıqlar olduğunu qeyd edib.

Fevral ayında bu nisbət 45,4% idi.

Qeyd edək ki, "Covid-19"dan əvvəlki dövrdə cəmi 5% Alman şirkəti bu problemləri yaşadığını bildirdi.

Avtomobil sənayesi, elektrik-elektron firmaları və maşınqayırma sahələrində problem yaşayan firmaların nisbəti 60% olduğu halda, kağız sənayesində problem yaşayan şirkətlərin nisbəti 2,4% təşkil edib.