Almaniyada iqtisadi fəaliyyətlər oktyabr ayında ardıcıl dördüncü aydır aylıq enişini davam etdirib.
İndex.az xəbər verir ki, bu vəziyyət iqtisadiyyatda tənəzzül yaxınlaşması kimi qiymətləndirilib.
Belə ki, Almainyada sentyabr ayında qeydə alınmış 46,4 bəndlik iqtisadi göstərici oktyabrda 45,8 bəndə geriləyib.
Ardıcıl dörd ay ərzində 50 balın altında ölçülən iqtisadi göstərici üçün bazar gözləntisi, dəyərin 46,7 bəndə yüksəlməsi idi.
Ölkədə xidmət sektoru göstəriciləri oktyabr ayında 50,3 bənddən 48 bəndə enib.
İstehsal sənayesi göstəriciləri isə sözügedən ayda 39,6 bənddən 40,7 bəndə yüksəlib.
