Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniyanın dövlət borcu ilə bağlı yeni məlumatları açıqlayıb.

İndex.az xəbər verir ki, "Destatis"in yaydığı məlumata görə, Almaniyanın dövlət borcu 2022-ci ildə 2% (46,1 milyard avro) artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.

"Destatis", artımın əsas səbəbi kimi "Covid-19" böhranının mənfi təsirlərinin və mövcud enerji böhranının yaratdığı maliyyə ehtiyaclarını göstərib.

Beləliklə, 3 illik epidemiya və Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranından sonra Almaniya rekord səviyyədə borcla üz-üzə qalıb.

Adambaşına düşən dövlət borcu 27 906 avrodan 28 155 avroya yüksəlib.

Sözügedən dövr ərzində federal dövlət borcu 71,9 milyard avro artaraq 1 trilyon 620,4 milyard avroya çatıb.