"Alman İqtisadi Tədqiqatlar İnstitutu" (İFO) bildirib ki, alman şirkətləri yüksək uçot dərəcələri və iqtisadi artımın yavaşlaması səbəbindən yeni kreditlər tapmaqda çətinlik çəkirlər.
İndex.az xəbər verir ki, məlumat toplama metodunun dəyişdirildiyi 2017-ci ildən bəri şirkətlərin kreditlərlə bağlı şikayətlər 30% artaraq 2022-ci ilin dekabrında ən yüksək səviyyəyə qalxıb.
Xidmət sektorunda kredit axtaran şirkətlərin 31,5%-i bankların kredit vermək istəmədiyini bildirib.
Sənaye şirkətlərində bu nisbət 20,7%-dən 27,7%-ə yüksəlib.
